İnsanabənzər robotların boks yarışı keçirildi - FOTO

İnsanabənzər robotların boks yarışı keçirildi - FOTO

Hazırda oxunan: İnsanabənzər robotların boks yarışı keçirildi - FOTO

251248

Çinin Hancou şəhərində insanabənzər robotların ilk boks yarışı keçirilib. Bu, dünyada robotların ilk döyüş yarışıdır.

Bizim.Media xəbər verir ki, Çin Media Qrupun təşkilatçılığı ilə keçirilən yarışda Çinin bir neçə startapının hazırladığı robotlar üz-üzə gəlib.

Hazırlıq prosesində sərt təsirlərə məruz qalaraq, robotların dayanıqlılığı yoxlanılıb. Əsas komponentləri qorunmaq üçün onlara qorunma proqramları yazılıb. Robotların yarışlara hazırlanmasında boks mütəxəssislərinin tövsiyələrindən istifadə olunub.

Robotlar yarışa hazırlıq məşqlərində kiçik “zədə”lər alsalar da, bu, onların mübarizəsinə mane olmayıb.

Yarışda robotlar 8 əsas boks hərəkətini və bir neçə kombinasıyanı nümayiş etdiriblər. Onlar həm fərdi, həm də komanda yarışında “güc”lərini sınayıblar. Robotlar mübarizə apararkən bir neçə dəfə naqdaun vəziyyətinə düşüblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO