“Qarabağ”ın sabiq futbolçusu çempion oldu

“Qarabağ”ın sabiq futbolçusu çempion oldu

Hazırda oxunan: “Qarabağ”ın sabiq futbolçusu çempion oldu

251180

"Ferensvaroş" futbol üzrə Macarıstan çempionu titulunu qoruyub.

Bizim.Media xəbər verir ki, irlandiyalı Robbi Kinin çalışdırdığı komanda son turda "Dyor"u 2:1 hesabı ilə məğlub edərək mövsümü 69 xalla birinci pillədə tamamlayıb. Budapeşt təmsilçisi ən yaxın izləyicisi "Pușkaş Akademiyası"nı 3 xal qabaqlayıb.

"Ferensvaroş" bununla Macarıstanda ardıcıl 7-ci, ümumilikdə isə hamıdan çox - 36-cı dəfə çempion olub. Rekordçunun bu göstəricidə ən yaxın izləyicisi hesabında 23 çempionluq olan MTK klubudur.

Qeyd edək ki, "Qarabağ"ın keçmiş yarımmüdafiəçisi Julio Romao da 9 matçda "Ferensvaroş"un formasını geyinərək Macarıstan çempionu olub. "Qarabağ"ın hazırkı futbolçusu Kadi Borges də mövsümün ilk yarısında Budapeşt klubunun şərəfini qoruyub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO