Messinin komandası ardıcıl 4 matçdır qələbə qazana bilmir - VİDEO

Messinin komandası ardıcıl 4 matçdır qələbə qazana bilmir - VİDEO

Hazırda oxunan: Messinin komandası ardıcıl 4 matçdır qələbə qazana bilmir - VİDEO

251173

ABŞ Milli Futbol Liqasının (MLS) növbəti oyunları çərçivəsində "Filadelfiya Yunion" evdə "İnter Mayami"ni qəbul edib.

Bizim.Media xəbər verir ki, qarşılaşma məhsuldar heç-heçə ilə başa çatıb - 3:3.

"Filadelfiya Yunion" Sallivan və Baribonun qolları ilə matçın gedişində üstünlük qazanıb. Alyende hesabı minimuma endirsə də, Baribo fərqlənərək, iki top fərqini bərpa edib.
 

Lakin ev sahibləri üstünlüklərini qoruya bilməyiblər. Messinin cərimə zərbəsindən vurduğu gözəl qola və matçın əsas vaxtına əla edilmiş dəqiqələrdə Seqoviyanın fərqlənməsinə mane ola bilməyiblər.


Bu, 37 yaşlı Messinin cari mövsümdə 11-ci qoludur.

Qeyd edək ki, "İnter Mayami" ardıcıl dörd matçdır qələbə qazana bilmir. Komanda 23 xalla Şərq konfransında altıncı yerdədir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO