Murad Musayevin baş məşqçisi olduğu "Krasnodar" klubu Rusiya Premyer Liqasının (RPL) 30-cu turunda "Dinamo"ya 3:0 hesabı ilə qalib gələrək tarixində ilk dəfə ölkə çempionluğunu qazanıb.
Bizim.Media xəbər verir ki, 2008-ci ildə iş adamı Sergey Qalitski tərəfindən təsis edilmiş "Krasnodar" bu nailiyyəti ilə ilk dəfə Rusiya çempionu olub.
Ötən mövsüm klub ikinci yeri tutmuşdu, ondan əvvəl isə üç dəfə (2015, 2019 və 2020-ci illərdə) bürünc medal qazanmışdı.
Qeyd edək ki, Murad Musayev 2021-ci ildən 2024-cü ilə qədər “Sabah”da çalışıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
23:32 / 24.05.2025
“Sabah”ın sabiq baş məşqçisinin komandası Rusiya çempionu oldu
Hazırda oxunan: “Sabah”ın sabiq baş məşqçisinin komandası Rusiya çempionu oldu
Hazırda oxunan: “Sabah”ın sabiq baş məşqçisinin komandası Rusiya çempionu oldu
251152
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.