Arda Turan “Şaxtyor”la razılığa gəldi – 2 milyon avroluq ANLAŞMA

Arda Turan “Şaxtyor”la razılığa gəldi – 2 milyon avroluq ANLAŞMA

Hazırda oxunan: Arda Turan “Şaxtyor”la razılığa gəldi – 2 milyon avroluq ANLAŞMA

251060

“Şaxtyor” daha əvvəl “Eyupspor”la vidalaşan baş məşqçi Arda Turanla yekun razılığa gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
 

Turanın hər mövsüm üçün 2 milyon avro alacağı təsdiqlənib. Lakin “Şaxtyor” üçün bu keçid pulsuz başa gəlməyəcək. Müqavilənin ləğvi üçün Ukrayna klubu "Eyupspor"a ödəniş edəcək, lakin hələlik məbləğ barədə məlumat yoxdur.


Daha əvvəl məlum olmuşdu ki, “Şaxtyor” mayın 24-də mövsümün son matçı başa çatdıqdan sonra məşqçisi Marino Puşiçin istefasını rəsmən açıqlayacaq.

Qeyd edək ki, son 29 ildə ilk dəfə mövsümü ölkəsində çempion və ya vitse-çempion olmadan başa vuracaq "Şaxtyor" Ukrayna kubokunu qazana bilib və Avropa Liqasına vəsiqə əldə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO