“Napoli” 4-cü dəfə İtaliya çempionu oldu - VİDEO

“Napoli” 4-cü dəfə İtaliya çempionu oldu - VİDEO

Hazırda oxunan: “Napoli” 4-cü dəfə İtaliya çempionu oldu - VİDEO

251054

İtaliya A Seriyasında 2024/2025 mövsümün çempionu bəlli olub.

Bizim.Media xəbər verir ki, 38-ci turda qızıl medallar uğrunda yarışan komandalar meydana çıxıblar.
 

Lider "Napoli" öz meydanında "Kalyari"ni qəbul edib, "İnter" isə səfərdə "Komo"nun qonağı olub. Milanlıları bir xal qabaqlayan neapollullara çempion olmaq üçün qələbə kifayət edib. Həm "Napoli", həm "İnter" 2:0 hesabı ilə qalib gəlib.


Neapol təmsilçisi tarixində 4-cü dəfə İtaliya çempionu titulunu qazanıb. Komanda iki illik fasiləsən sonra yenidən A Seriyasını 1-ci pillədə başa vurub. "Napoli" daha iki dəfə - 1986/1987 və 1989/1990 mövsümlərində tiltula sahib çıxıblar.

İtaliya

A Seriyası, 38-ci tur

23 may

22:45. "Komo" - "İnter" - 0:2

22:45. "Napoli" - "Kalyari" - 2:0.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO