AVRO-2020: Türkiyə Uelsə uduzdu - YENİLƏNİB - FOTO

AVRO-2020: Türkiyə Uelsə uduzdu - YENİLƏNİB - FOTO

Hazırda oxunan: AVRO-2020: Türkiyə Uelsə uduzdu - YENİLƏNİB - FOTO

25075

Futbol üzrə Avropa çempionatında A qrupunda II tura start verilib.

Bizim.Media-nın məlumatına görə, Türkiyə milisi Bakıda Uelslə üz-üzə gəlib.

Bakı Olimpiya Stadionunda (BOS) keçirilən qarşılaşma Britaniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə ilk qol birinci hissənin sonlarında vurulub.

43-cü dəqiqədə Aaron Remsi qapıçısı Uğurcan Çakırla təkbətək dueldən qalib ayrılıb. 90+5-ci dəqiqədə isə C. Roberts fərqi iki topa çatdırıb.

İkinci yarıda "ay-ulduzlular" daha daha fəal çıxış etsə də, bir neçə qol epizodunu boşa verib. 60-cı dəqiqədə Zeki Çelik cərimə meydançasının xətti üzərində Qaret Beylə qarşı kobudluq edib. Qarşılaşmanın baş hakimi Artur Diaş 11 metrlik nöqtəni göstərib. Beyl 61-ci dəqiqədə penaltidən yararlana bilməyib və topunun qapının üstündən vurub.

BOS-dakı ilk matçda İsveçrə ilə 1:1 hesablı heç-heçə edən Uels yığması qələbə sayəsində xallarının sayını 4-ə çatdırıb.

Romadakı açılış qarşılaşmasında İtaliyaya 0:3 hesabı ilə uduzan Türkiyənin isə xalı yoxdur. Şenol Güneşin baş məşqçi olduğu komanda qrupdan çıxmaq şansını çətinləşdirib.

Qeyd edək ki, Türkiyə yığması iyunun 20-də Bakıda İsveçrə ilə qarşılaşacaq.

***

Avropa çempionatında A qrupunun II turunun Bakıda keçirilən Türkiyə - Uels oyununda ikinci hissə başlayıb.

Bizim.Media xəbər verir ki, hazırda Britaniya təmsilçisi 1:0 hesabı ilə öndədir.

43-cü dəqiqədə Aaron Remsi hesabı açıb.

***

Avropa çempionatında A qrupunun II turunun Bakıda keçirilən Türkiyə - Uels oyununda ilk qol vurulub.

Bizim.Media-nın məlumatına görə, 42-ci dəqiqədə Uels yığması hesabı açıb.

Aaron Remsi qapıçı ilə təkbətək dueldən qalib ayrılıb.


***

Avropa çempionatının A qrupunda yer alan Türkiyə və Uels yığmalarının görüşü başlayıb. 

Bizim.Media xəbər verir ki, qarşılaşma Bakı Olimpiya Stadionunda keçirilir. 

Bizim.Media


***

AVRO-2020-nin A qrupunun II turunda üz-üzə gələcək Türkiyə və Uels yığmalarının start heyətləri açıqlanıb.

Bizim.Media xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar...

Türkiyə: 23Uğurcan Çakır (GK) 2Zeki Çelik 4Çağlar Söyüncü 5Okay Yokuşlu 6Ozan Tufan 7Cengiz Ünder 9Kenan Karaman 10Hakan Çalhanoğlu 13Umut Meraş 17Burak Yılmaz (C) 22Kaan Ayhan

Uels: 12Ward (GK) 4B. Davies 6Rodon 7Allen 10Ramsey 11Bale (C) 13Moore 14C. Roberts 16Morrell 20James 22Mepham

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO