Avropa Liqasının finalı biabırçılıqla yekunlaşıb.
Bizim.Media xəbər verir ki, xoşagəlməz hadisə mükafatlandırma mərasimində yaşanıb.
Qalib komanda üçün ayrılan medalların sayı yetərli olmayıb. Bu üzdən “Tottenhem”in bəzi futbolçuları medalsız qalıblar.
Belə ki, UEFA prezidenti Aleksander Çeferin sonuncu medalı İv Bissumaya təqdim edib. Bundan sonra qurum başçısı boş qalan mükafat qutusunu nümayəndə ilə müzakirə etməli olub.
Çeferin növbədə medalını gözləyən Rodriqo Bentankur və Kristian Romeronun əlini sıxmaqla kifayətlənib. Xın-Min Sonla söhbət edən Çeferin ona kuboku verib. Yekunda bu üç futbolçu qızıl medallarsız, kubokla şəkil çəkdirmək məcburiyyətində qalıb.
Qeyd edək ki, “Tottenhem” finalda “Mançester Yunayted”i 1:0 hesabı ilə məğlub edib.
Bizim.Media

- A-
- A
- A+
İdman
11:14 / 22.05.2025
Avropa Liqasında biabırçı VƏZİYYƏT: “Tottenhem”in futbolçularına medal çatmayıb
Hazırda oxunan: Avropa Liqasında biabırçı VƏZİYYƏT: “Tottenhem”in futbolçularına medal çatmayıb
Hazırda oxunan: Avropa Liqasında biabırçı VƏZİYYƏT: “Tottenhem”in futbolçularına medal çatmayıb
250667
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.