Cənubi Koreyalı Kim Si Vu Peşəkar Qolf Assosiasiyası (PGA) tarixində ən uzun dəqiq zərbənin müəllifi olub.
Bizim.Media xəbər verir ki, o, 230 metr məsafədən dəliyə düşə bilib.
Əvvəlki rekord da Kim Si Vuya məxsus idi. Bundan əvvəlki nəticə 218 metrə bərabər olub.
Qeyd edək ki, koreyalı qolfçu amerikalı Skot Hoçdan (2001, 2002) sonra ardıcıl iki mövsümdə böyük turnirlərdə uzun məsafəli dəqiq zərbə yerinə yetirən ilk oyunçudur.
Kim Si Vu PGA Turunun himayəsi altında keçirilən yarışların dördqat çempionudur. O, həm də Championship Playersin ən gənc qalibidir.
Rəşad Rafiqoğlu, Bizim.Media