Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev karyerasını ölkə xaricində davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, 30 yaşlı qolkiperə Rusiya Premyer Liqasından 2 klub maraq göstərir.
Hər iki klub Şahruddini heyətində görmək üçün mübarizəyə də girib. Məhəmmədəliyevin hansı qərarı verəcəyi isə hələ ki bəlli deyil.
Qeyd edək ki, Şahruddinin “Qarabağ”la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. O, karyerası ərzində “Şahdağ-Qusar”, “Sumqayıt”, “Adana Demirspor” klublarında çıxış edib.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
15:33 / 20.05.2025
Şahruddin Rusiya klublarının DİQQƏT MƏRKƏZİNDƏ
Hazırda oxunan: Şahruddin Rusiya klublarının DİQQƏT MƏRKƏZİNDƏ
Hazırda oxunan: Şahruddin Rusiya klublarının DİQQƏT MƏRKƏZİNDƏ
250346
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.