Muslera “Qalatasaray”dan AYRILIR

Muslera “Qalatasaray”dan AYRILIR

Hazırda oxunan: Muslera “Qalatasaray”dan AYRILIR

250217

Mövsümün sonunda müqaviləsi başa çatan Fernando Muslera "Qalatasaray"dan ayrılmaq istəyir.

Bizim.Media xəbər verir ki, bu barədə klubun prezidenti Dursun Özbek yerli mətbuata açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, uruqvaylı qolkiper ölkəsinə qayıtmağı planlaşdırır: "Muslera ölkəsinə qayıtmaq istəyir. Burada qalması üçün onunla danışdım. Amma getməkdə israrlıdır. Biz də israrımızı davam etdirəcəyik".

Qeyd edək ki, Fernando Muslera 2011-ci ilin yayından "Qalatasaray"da çıxış edir. 38 yaşlı qapıçı bu mövsüm İstanbul təmsilçisinin heyətində 42 rəsmi matçda meydana çıxıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO