Fransanın Tuluza şəhərində aerobika gimnastikası üzrə beynəlxalq turnir keçirilib.
Bizim.Media xəbər verir ki, Azərbaycan millisi yarışı 4 medalla başa vurub.
Qarışıq cütlükdə Mədinə Mustafayeva və Vladimir Dolmatov 19,800 xalla qızıl medal qazanıb.
Böyüklərdən ibarət qrup - Mədinə Mustafayeva, Vladimir Dolmatov, Sara Əlixanlı, Dilarə Qurbanova və Xədicə Quliyeva (15,118 xal) yeri tutub.
Gənclər kateqoriyasında çıxış edən üçlük - Evelina Kozlovskaya, Fidan İbrahimova və Leyla Əhmədova 16,250 xalla bürünc medalın sahibi olub.
Böyüklərdən ibarət üçlük - Dilarə Qurbanova, Leyla Bejanova və Arzu Ağayeva isə 17,413 xalla fəxri pillənin üçüncü pilləsinə yüksəlib.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
22:08 / 19.05.2025
Gimnastlarımız Fransada 4 medal QAZANDI
Hazırda oxunan: Gimnastlarımız Fransada 4 medal QAZANDI
Hazırda oxunan: Gimnastlarımız Fransada 4 medal QAZANDI
250212
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.