Daha bir Almaniya klubu Mahir Emrelini istəyir

Daha bir Almaniya klubu Mahir Emrelini istəyir

Hazırda oxunan: Daha bir Almaniya klubu Mahir Emrelini istəyir

249986

Almaniya “Nürnberq” klubunun və Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin xidmətində maraqlı olan daha bir klubun adı bəlli olub. Bizim.Media xəbər verir ki, 27 yaşlı vingeri “Kayzerslautern” istəyir.

İkinci Bundesliqa klubunun rəsmiləri Emrelini heyətinə qatmaq üçün addımlar atıb.

Xatırladaq ki, bundan əvvəl mətbuatda Almaniyanın digər klubu "Sent Pauli"nin forvardı transfer etmək istəyi barədə məlumat yayılmışdı.

Emrelinin Almaniyanın “Nürnberq” klubu ilə müqaviləsi mövsüm bitdikdən dərhal sonra başa çatacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO