Azərbaycanın qrup hərəkətləri komandası Bolqarıstanın Burqas şəhərində keçirilən bədii gimnastika üzrə Avropa kubokunda gümüş medal qazanıb.
Bizim.Media xəbər verir ki, komandamız Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan, Güllü Ağalarzadə, Kamilə Əliyeva və Sofiya Məmmədovadan ibarət heyətlə üç top və iki halqa ilə kompozisiyanın icrasından sonra fəxri kürsüdə yer alıb.
Gimnastlarımız 25,150 xal toplayaraq ikinci yeri tutublar. Qızıl medal isə Bolqarıstan gimnastlarına qismət olub.
Eyni zamanda, beş lentlə icra edilən kompozisiya komandamıza dördüncü yeri qazandırıb.
Komanda həmçinin çoxnövçülükdə mayın 17-də keçiriləcək finala - "Cross Battle" yarışına vəsiqə qazanıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
00:23 / 17.05.2025
Azərbaycan gimnastları Avropa Kubokunda gümüş medal QAZANDI
Hazırda oxunan: Azərbaycan gimnastları Avropa Kubokunda gümüş medal QAZANDI
Hazırda oxunan: Azərbaycan gimnastları Avropa Kubokunda gümüş medal QAZANDI
249803
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.