Formula-1-in ən çox qazanan pilotu BƏLLİ OLDU

Formula-1-in ən çox qazanan pilotu BƏLLİ OLDU

Hazırda oxunan: Formula-1-in ən çox qazanan pilotu BƏLLİ OLDU

249783

Lyuis Hemilton Formula-1-də ən çox qazanan pilot olub.

Bizim.Media xəbər verir ki, "Forbes" nəşrinin hesablamalarına görə, o, Maks Ferstappeni arxada qoyub.

Britaniyalı sürücünün bir il ərzində 80 milyon avro qazandığı məlum olub. Bu gəlirin 60 milyonu "Ferrari" ilə müqavilədən, digər hissəsi isə "Dior" və "Electronic Arts" şirkətlərlə reklam əməkdaşlığından əldə edilib.

Hemilton ümumiyyətlə, bütün avtomobil yarışlarında ən çox qazanan pilot ünvanına sahib çıxıb. O, bütün idmançılar arasında isə 22-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, 4 qat dünya Maks Ferstappen 78 milyon gəlirlə 2-ci yeri tutub. Niderlandlı 72 milyon "Red Bull"dan, 6 milyon isə "Heineken" və "Ford"la reklam müqavilələrindən əldə edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO