Qadınlardan ibarət Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının seçmə mərhələsi çərçivəsində Litva yığmasına qarşı keçiriləcək ev oyunu üçün ilkin heyəti müəyyənləşib.
Bizim.Media xəbər verir ki, millimiz mayın 20-də Bakıda təlim-məşq toplanışına başlayacaq.
Yekun heyət mayın 25-də açıqlanacaq.
Siyasət Əsgərovun yetirmələri C Liqasının IV qrupu çərçivəsində mayın 30-da, saat 18:00-da, Bayıl stadionunda Litva yığması ilə qarşılaşacaq.
Milliyə dəvət olunan futbolçuların adlarını diqqətinizə çatdırırıq:
Aytac Şərifova ("Hakkarigücü", Türkiyə), Nərgiz Əliyeva ("Fatih Vətən", Türkiyə), Günay İsmayılova ("Neftçi"), Mehriban Şahməmmədova ("Neftçi"), Nigar Mirzəliyeva ("Zenit", Rusiya), Manə Mollayeva ("Neftçi"), Fidan Cəfərova ("Neftçi"), Yeliz Acar ("Fatih Vətən", Türkiyə), Kamilla Məmmədova ("Okjetpes", Qazaxıstan), Vüsalə Seyfəddinova ("Neftçi"), Firəngiz Teymurova ("Neftçi"), Nazlıcan Parlak ("Qalatasaray", Türkiyə), Coşqunə Əliyeva ("Neftçi"), Sevinc Cəfərzadə ("Krasnodar", Rusiya), Ayşən Əhmədova ("Ünyespor", Türkiyə), Alina Dorofeyeva ("Rubin Kazan", Rusiya), Diana Məmmədova ("Rubin Kazan", Rusiya), Milana Rəhimova ("Ünyespor", Türkiyə), Ayşən Salamzadə ("Neftçi"), Xanım Əsədova ("Neftçi"), Aysun Muradova ("Gölbaşı Belediye Spor", Türkiyə), Alina Nəhmədova ("Neftçi"), Peritan Bozdağ ("Fatih Vətən", Türkiyə), Esra Manya ("Fatih Vətən", Türkiyə), Mədinə Curuqova ("Neftçi"), Röya Əliyeva ("Sumqayıt")Məhsumə Nəzərli ("Neftçi"), Aydan Əkbərova ("Baku Juniors"), Aysu Əsədova ("Sabah")
Bizim.Media

- A-
- A
- A+
İdman
18:52 / 16.05.2025
Millimizin ilkin heyəti AÇIQLANDI
Hazırda oxunan: Millimizin ilkin heyəti AÇIQLANDI
Hazırda oxunan: Millimizin ilkin heyəti AÇIQLANDI
249756
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.