“Kəpəz” yeni mövsümə Azər Bağırovla başlayacaq? – Baş məşqçidən AÇIQLAMA

“Kəpəz” yeni mövsümə Azər Bağırovla başlayacaq? – Baş məşqçidən AÇIQLAMA

Hazırda oxunan: “Kəpəz” yeni mövsümə Azər Bağırovla başlayacaq? – Baş məşqçidən AÇIQLAMA

249728

“Kəpəz”də baş məşqçi məsələsi ilə bağlı daha bir iddia gündəmə gəlib. Belə ki, yayılan məlumatlara görə, Gəncə təmsilçisi yeni mövsümə də hazırkı baş məşqçi Azər Bağırovun rəhbərliyi altında başlayacaq.

Bir neçə gün əvvəl əvvəl klubun yeni rəhbərliyi ilə mütəxəssis arasında görüş keçirilib. Görüşün nəticəsində Azər Bağırovun yeni mövsümdə də “Kəpəz”də qalacağı dəqiqləşib.

Məsələ ilə bağlı baş məşqçinin özü ilə əlaqə saxladıq. O, Bizim.Media-ya açıqlamasında rəhbərliklə görüşdüyünü təsdiqləyib:
 

“Bəli bu yaxınlarda rəhbərliklə görüşümüz oldu. Burada bir çox məsələlərdən, o cümlədən yeni mövsümə hazırlıq, futbolçuların transferindən və digər məsələlərdən danışdıq. Söhbətimiz çox yaxşı alındı. İnşallah yeni mövsümdə hər şey yaxşı olacaq”.

 
Qeyd edək ki, bir müddət əvvəl rumıniyalı Mirça Rednikin tezliklə Gəncə klubunun baş məşqçisi olacağı barədə xəbərlər yayılmışdı.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO