“Traktor”a çempionluq kuboku təqdim olundu - VİDEO

“Traktor”a çempionluq kuboku təqdim olundu - VİDEO

Hazırda oxunan: “Traktor”a çempionluq kuboku təqdim olundu - VİDEO

249672

Futbol üzrə İran çempionatı başa çatıb. 

Bizim.Media xəbər verir ki, qızıl medalları öncədən təmin edən “Traktor”un mükafatlandırılması son oyun günündə baş tutub. 

Təbriz təmsilçisi səfərdə “İstiqlal”la (Xuzestan) qarşılaşıb. Çempion rəqib meydanında 3:1 hesabı ilə qalib gəlib.

Görüş bitdikdən sonra “Traktor”un futbolçularına qızıl medallar təqim olunub. Təbriz təmsilçisi çempionluq kubokunu da alıb.
 

Bu tarixi hadisə Təbrizdə də xüsusi qeyd olunub. “Traktor”un minlərlə azarkeşi küçələrə axışaraq bayram edib.


Qeyd edək ki, çempion mövsümün 30 matçında 68 xal toplayıb. Digər mükafatçılar “Sepahan” və “Persepolis” 8 xal geri qalıblar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO