Alba "İnter Mayami" ilə yeni müqavilə İMZALADI

Alba "İnter Mayami" ilə yeni müqavilə İMZALADI

Hazırda oxunan: Alba "İnter Mayami" ilə yeni müqavilə İMZALADI

249577

"İnter Mayami" futbolçusu Jordi Alba ilə yeni müqavilə imzalayıb.

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 

36 yaşlı cinah müdafiəçisi ilə imzalanan sözləşmə 2027-ci ilin MLS mövsümünün sonuna qədərdir. O, klubun rəsmi saytına verdiyi açıqlamada bildirib:

 

"Razılaşmanı uzatdığıma görə çox şadam, çünki rəqabətə davam etmək istəyim var. Eyni zamanda, bu klubda özümü evimdəki kimi hiss edirəm — hər oyunda azarkeşlərdən aldığım sevgi buna səbəb olur. Qazanmağa davam etmək istəyimiz var və ümid edirəm ki, mümkün qədər çox titul qazanacağıq".


Qeyd edək ki, Jordi Alba "İnter Mayami"yə 2023-cü ilin yayında qoşulub. Bu müddət ərzində o, bütün turnirlərdə 68 oyunda iştirak edib, 8 qol vurub və 20 qolun ötürməsini edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO