"Qarabağ"ın çempionluq kuboku və medalları bu ölkədə hazırlanıb

"Qarabağ"ın çempionluq kuboku və medalları bu ölkədə hazırlanıb

Hazırda oxunan: "Qarabağ"ın çempionluq kuboku və medalları bu ölkədə hazırlanıb

249451

Misli Premyer Liqasının 2024/2025 mövsümünün qalibi olan "Qarabağ"a təqdim ediləcək kubok və medallar Türkiyədə hazırlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Report"a Peşəkar Futbol Liqasının (PFL) Media və marketinq direktoru Sənan Abdullayev məlumat verib.

O, mayın 18-də keçiriləcək XXXV turun "Qarabağ" - "Kəpəz" matçından sonra təltifetmə mərasiminin baş tutacağını xatırladıb:
 

"Qarşılaşmadan təxminən 40 dəqiqə sonra tədbir başlayacaq. Bombardir üçün mükafat bu dəfə verilməyəcək. Səbəb çempionatın davam etməsidir. Bununla bağlı planlama olacaq və mükafatı futbolçuya həmin vaxt təqdim edəcəyik. Medallar və kubok Türkiyədə hazırlanıb. Kubokun üzərində mövsümlə bağlı qeydlər aparılıb".


Qeyd edək ki, PFL ötən mövsümdə də kubok və medalları qardaş ölkədə hazırlatdırmışdı. Həmin vaxt da Ağdam klubu Azərbaycan çempionu olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO