7 ölkə rəsmən TƏSDİQLƏDİ - Azərbaycana gələcəklər

7 ölkə rəsmən TƏSDİQLƏDİ - Azərbaycana gələcəklər

Hazırda oxunan: 7 ölkə rəsmən TƏSDİQLƏDİ - Azərbaycana gələcəklər

249438

Yeddi ölkə, o cümlədən ev sahibi Azərbaycan, 2025-ci ildə keçiriləcək III MDB Oyunlarında iştirakını təsdiqləyib.

Bizim.Media xəbər verir ki, hazırda Oyunlarda iştirak edəcək nümayəndə heyətlərinin qeydiyyatı davam edir.

Bu günə olan məlumata əsasən, MDB məkanını təmsil edən 7 ölkədən 23 idman növü üzrə ümumilikdə 1659 idmançı qeydiyyatdan keçib.

Qeydiyyatdan keçmiş nümayəndələrin ümumi sayı isə 2385 nəfərdir.

Komanda idman növləri üzrə – futbol (U-16), basketbol 3x3 və voleybol yarışlarında altı ölkə iştirakını təsdiqləyib. Güləş, boks, cüdo və taekvondo kimi fərdi növlərdə isə 100-dən çox idmançı qeydiyyatdan keçib.
 

Qeyd edək ki, ilkin mərhələdə yalnız MDB ölkələrinin nümayəndə heyətləri qeydiyyatdan keçirilir. İkinci mərhələdə isə qeydiyyat MDB-yə üzv olmayan, Oyunlarda xüsusi dəvət əsasında iştirak edən ölkələrin nümayəndə heyətləri üçün aparılır. Ümumilikdə, Oyunlarda dünyanın 23 ölkəsindən 5500-ə yaxın iştirakçının qatılması gözlənilir.


III MDB Oyunları 2025-ci il 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək.

III MDB Oyunları gənc idmançılar arasında dostluğun, birliyin və idman ruhunun təcəssümünə çevriləcək və regionun ən mötəbər idman tədbirlərindən biri olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO