Millimizin Qızıl Avropa Liqası üçün heyəti AÇIQLANDI

Millimizin Qızıl Avropa Liqası üçün heyəti AÇIQLANDI

Hazırda oxunan: Millimizin Qızıl Avropa Liqası üçün heyəti AÇIQLANDI

249380

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Qızıl Avropa Liqası üçün heyəti bəlli olub.

Bizim.Media xəbər verir ki, yığmamızın ilkin heyətində 19 voleybolçu yer alıb.
 

Baş məşqçi Faiq Qarayav komandanın düşərgəsinə 8 hücumçu, 5 blokçu, 4 libero və 2 toppaylayıcı çağırıb. Təcrübəli mütəxəssisə məşqçilər korpusunda Famil Ağayev və Emin Əbilov kömək edəcəklər.


Liberolar: Asiyət Abuyeva, Ceyran İmanova, Yuliya Kərimova, Bəyaz Quluyeva;

Toppaylayıcılar: Yana Doroşenko, Kristina Besman;

Blokçular: Anastasiya Mertsalova, Aynur İmanova, Ayşən Abduləzimova, Mariya Kirilyuk, Olena Xarçenko;

Hücumçular: Yelizaveta Ruban, İlhamə Əzimova, Ülkər Kərimova, Nikolina Başnakova, Polina Rəhimova, Marqarita Stepanenko, Kseniya Pavlenko, Yelizaveta Burkova.

Qeyd edək ki, millimiz ilk oyununu mayın 30-da Bakıda Macarıstana qarşı keçirəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO