Boksçumuz rinqə Xudayarın

Boksçumuz rinqə Xudayarın "Dastana döndü"sü ilə çıxdı - 2 erməni rəqib döyüşdən imtina etdi - VİDEO

Hazırda oxunan: Boksçumuz rinqə Xudayarın "Dastana döndü"sü ilə çıxdı - 2 erməni rəqib döyüşdən imtina etdi - VİDEO

24936

Bu günlərdə Moskva şəhərində "Vegas City Hall"da Rusiya Gənclər və İdman Nazirliyi, Rusiya Peşəkar Boks Federasiyası və "WTKF" tərəfindən "Буря в июне" adlı beynəlxalq peşəkar boks turniri keçirilib.

Bizim.Media xəbər verir ki, Turnirdə vətənimizi Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovun, iş adamları Pənah İbrahimov Rəvan Bəşirovun dəstəyi ilə peşəkar boksçumuz Fuad Tarverdi təmsil edib.

Azərbaycanın "Qızıl Əlcək" idman klubunun məşqçisi Rəhim Allahverdiyev və Rusiyanın "Mübariz" idman klubunun məşqçisi Ravid Axundovun yetirməsi olan boksçumuz Fuad Tarverdi ilk "profdebyut" döyüşünü keçirib.

İlk öncədən boksçumuzun rəqibi erməni boksçusu Armen Arutyunov olsa da, yarışdan bir-neçə gün öncə döyüşdən imtina edib. Daha sonra təyin olunan ikinci rəqib - Ermənistanı təmsil edən Qriqoriy Arutyunyan da Fuadla döyüşdən imtina edib.

Nəticədə boksçumuz Fuad Tarverdinin rəqibi Kırğızıstanı təmsil edən Saymik Mamadaliyev olub.

Boksçumuz rəqibini 3-cü raundda nokautla məğlub edərək beynəlxalq promouterlərin diqqətini cəlb edib.

Onu da qeyd edək ki, ilk peşəkar döyüşünə çıxan Fuad Tarverdi rinqə Şəhid Xudayar Yusifzadənin ifa etdiyi "Dastana döndü" kompozisiyası ilə daxil olub və sonda qələbəsini Şəhid və Qazilərimizə həsr edib.

Bizim.Media

 








© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO