FİFA 1 milyard dollar gəlir GÖZLƏYİR

FİFA 1 milyard dollar gəlir GÖZLƏYİR

Hazırda oxunan: FİFA 1 milyard dollar gəlir GÖZLƏYİR

249350

FIFA qadınlar arasında keçiriləcək 2027-ci il dünya çempionatından 1 milyard dollar gəlir əldə etməyi proqnozlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə qurumun prezidenti Canni İnfantino açıqlama verib.

“Qadın futbolu və futbolda qadınların rolu həlledici əhəmiyyətə malikdir”, — İnfantinonun sözlərini ESPN sitat gətirir.

Planlaşdırılır ki, 2027-ci il dünya çempionatından əldə edilən gəlirin bir hissəsi qadın futbolunun inkişafına yatırılacaq.
 

Qeyd edək ki, Avstraliya və Yeni Zelandiyanın ev sahibliyi etdiyi 2023-cü il dünya çempionatı zərərsiz olub və 570 milyon dollardan çox gəlir gətirib.


Qadınlar arasında 2027-ci il dünya çempionatı Braziliyada keçiriləcək. 2031-ci il dünya çempionatını isə ABŞ keçirməyə hazırdır. Bu turnirdə komandaların sayınən 32-dən 48-ə artırılması planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO