"Fənərbağça" yeni mövsüm üçün iddialı heyət qurmağı planlaşdırır.
Bizim.Media xəbər verir ki, Türkiyə klubunun hücum xətti üçün əsas hədəflərindən biri icarə əsasında "Çelsi"də çıxış edən Ceydon Sançodur. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo ingiltərəli vingeri komandasında görmək istəyir.
İstanbul nəhəngi 25 yaşlı oyunçu üçün onun müqavilə ilə məxsus olduğu "Mançester Yunayted"lə danışıqlara başlayacaq.
Qeyd edək ki, "Çelsi" Ceydon Sançonu mövsümün əvvəlində icarəyə götürüb. İngiltərə millisinin sabiq üzvü London təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 4 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media