Sabah Bakıda AVRO-2020 futbol çempionatının A qrupu üzrə Türkiyə-Uels qarşıdurması baş tutacaq. Dünən axşamadək bu oyun üçün 26 min bilet satılıb.
Bu gün də mindən yuxarı biletin satılacağı gözlənilir.
Bu barədə Bizim.Media-ya AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla bildirib. Onun sözlərinə görə, rəqəmlər bu gün ərzində yenilənməkdədir.
MÖVZU İLƏ BAĞLI:
Türkiyə millisi sabah Bakıda Uels yığması ilə üz-üzə gələcək
Azərbaycan və Türkiyə Prezidentlərindən başqa digər rəsmi şəxslərin oyunu izləyəcəyi gözlənilirmi?
Firuz Abdulla bildirib ki, görüşü futbol federasiyalarının rəsmiləri izləyəcək:
“Amma digər sferalara aid olan rəsmi şəxslərin qatılıb-qatılmayacağı ilə bağlı məlumat verə bilmərəm”.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunun azarkeş tutumu 70 min nəfərlikdir. Pandemiya ilə əlaqədar olaraq stadionun ümumu tutumunun 50 faizi qədər azarkeşin – təxminən 30-31 min nəfərin futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunlarını izlənilməsinə imkan verilir. Beləliklə, Türkiyə-Uels qarşıdurmasının maksimum həddə azarkeş tərəfindən izlənilməsi ehtimal olunur.
Xatirə Nəsirli, Bizim.Media