Milli komandamızın heyəti AÇIQLANDI

Milli komandamızın heyəti AÇIQLANDI

Hazırda oxunan: Milli komandamızın heyəti AÇIQLANDI

249002

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Gümüş Avropa Liqası üçün heyəti bəlli olub.

Bizim.Media xəbər verir ki, ilkin heyətə 17 oyunçu daxil edilib.

Baş məşqçi Fərid Cəlalovun korpusunda köməkçiləri Akif Vəliyev və Cəlil Cəlilov yer alıblar. Heyətə 4 toppaylayıcı, 6 blokçu, 2 libero və 5 hücumçu cəlb olunub.

Toppaylayıcılar: Əmirmehdi Əbilov, Mirhasil Seyidli, Vüsal Rüstəmov, Roman Qurski;

Blokçular: Emin Alışanov, Mərdan Məmmədov, Dmitri Baranov, Aslan Həmidov, Yeqor Nikulenko, Ramazan Ağabəyov;

Liberolar: Nihad Qasımov, Kənan Allahverdiyev;

Hücumçu: Cavid Əzimov, Ruslan Əliyev, Yusif Bünyatov, Andrey Melnikov, Mirəşrəf Rzazadə.

Qeyd edək ki, yığmamız ilk oyununu iyunun 6-da İsveçə qarşı keçirəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO