“Qarabağ” ötən il bu qədər gəlir ƏLDƏ EDİB

“Qarabağ” ötən il bu qədər gəlir ƏLDƏ EDİB

Hazırda oxunan: “Qarabağ” ötən il bu qədər gəlir ƏLDƏ EDİB

248951

"Qarabağ" Futbol Klubu 2024-cü il üçün maliyyə hesabatını açıqlayıb. 

Bizim.Media xəbər verir ki, Azərbaycan çempionunun ümumi əməliyyat gəlirləri 34 milyon 753,8 min manat təşkil edib.
 

Bunun 28 milyon 154,8 min manatı nümayiş hüququndan daxilolmalar, 3 milyon 560 min manatı Futbolun İnkişafı Fondundan daxilolmalar, 1 milyon 741,9 min manatı bilet satışından gəlirlər, 466,1 min manatı sponsorlardan daxilolmalar və reklam gəlirləri, 831 mini sair gəlirlər olub.


Ağdam klubunun ümumi xərcləri 35 milyon 612,5 min manata bərabər olub. Ötən il əmək haqqı və mükafat xərcləri 20 milyon 648,3 min manat olub.

Qeyri-maddi aktivlərin köhnəlməsinə 2 milyon 561,2 min manat, əsas vəsaitlərin amortizasiyasına 421,6 min, agentlərə ödənilmiş məbləğlər 114,8 min manat təşkil edib.

“Qarabağ” il ərzində sair xərclərə 11 milyon 830,6 min manat xərcləyib. Klub 2024-cü ili 876,9 min manat zərərlə başa vurub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO