Qadınlar arasında dünya çempionatında komanda sayı 32-dən 48-ə artırılıb.
Bizim.Media xəbər verir ki, FİFA Şurası bu barədə qərar qəbul edib.
Qurumun mətbuat xidmətinin yaydığı məlumata görə, 48 komandanın iştirak edəcəyi dünya çempionatı 2031-ci ildə Şimali Amerikada keçiriləcək. 2027-ci ildə Braziliyada təşkil olunacaq yarışda isə əvvəlki kimi 32 yığma iştirak edəcək.
2031-ci ildəki turnirdə 12 qrup olacaq ki, bu da ümumi oyun sayının 64-dən 104-ə yüksəlməsi deməkdir.
Xatırladaq ki, daha əvvəl 2026-cı ildə kişilər arasında keçiriləcək dünya çempionatı üçün də komanda sayı 32-dən 48-ə qaldırılıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
23:34 / 10.05.2025
Qadınlar arasında dünya çempionatında da komanda sayı ARTIRILDI
Hazırda oxunan: Qadınlar arasında dünya çempionatında da komanda sayı ARTIRILDI
Hazırda oxunan: Qadınlar arasında dünya çempionatında da komanda sayı ARTIRILDI
248690
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.