“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov bu gün keçirdiyi mətbuat konfransında Azərbaycanda kifayət qədər istedadlı futbolçu olduğunu deyib.
Bizim.Media xəbər verir ki, o, bu gün “Səbail”ə qarşı Misli Premyer Liqasının 33-cü tur oyunundan sonra keçirilən mətbuat konfransında deyib:
“Son 10 ildə bəlkə də 50 istedadlı oyunçunu itirmişik. 2017 və ya 2018-ci ildə U-19 yığmalarının Avropa çempionatının elit raundunda həlledici görüş Azərbaycan və Gürcüstan arasında idi. Biz həmin matçda qələbə qazandıq. O zaman Gürcüstan komandasının heyətində forma geyinən Xviça Kvaratsxeliya PSJ ilə Çempionlar Liqasının finalına yüksəldi. Bizim futbolçular isə Azərbaycan çempionatından kənara çıxa bilmirlər.
"Azərbaycanda futbol yoxdur" deyənlər Azərbaycan futbolunun düşmənləridir. Bizdə futbol da var, istedadlı oyunçular da. Təəssüf ki, müəyyən dövrdə buraxılan səhvlərə görə istedadlı yetirmələri itiririk, onlar böyük futbolçu kimi yetişə bilmirlər".
Bizim.Media

- A-
- A
- A+
İdman
20:48 / 10.05.2025
“Bunu deyənlər Azərbaycan futbolunun düşmənləridirlər” - Rəşad Sadıqov
Hazırda oxunan: “Bunu deyənlər Azərbaycan futbolunun düşmənləridirlər” - Rəşad Sadıqov
Hazırda oxunan: “Bunu deyənlər Azərbaycan futbolunun düşmənləridirlər” - Rəşad Sadıqov
248665
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.