“Qalatasaray” ulduz futbolçu ilə danışıqlara BAŞLADI

“Qalatasaray” ulduz futbolçu ilə danışıqlara BAŞLADI

Hazırda oxunan: “Qalatasaray” ulduz futbolçu ilə danışıqlara BAŞLADI

248403

"Qalatasaray" növbəti mövsüm üçün iddialı heyət qurmağı planlaşdırır.

Bizim.Media xəbər verir ki, Super Liqanın lideri mövsümün sonunda müqaviləsi başa çatan Dris Mertensin əvəzinə dünya səviyyəli oyunçu gətirmək istəyir. Bu barədə yerli mətbuat məlumat yayıb.

"Qalatasaray"ın əsas hədəfi "Mançester Siti"də çıxış edən Bernardo Silvadır. "Sarı-qırmızılar" İngltərə klubu ilə 1 illik müqaviləsi qalan portuqaliyalı hücumameyilli yarımmüdafiəçinin meneceri ilə danışıqlara başlayıb.

Futbolçu ilə ölkəsinin "Benfika" klubu da maraqlanır. Lakin Lissabon təmsilçisini onun tələb etdiyi maaşı verməyi düşünmür.

Qeyd edək ki, "Mançester Siti" Bernardo Silvanı 2017-ci ilin yayında "Monako"dan ransfer edib. Portuqaliya millisinin üzvü bu mövsüm "şəhərlilər"in heyətində meydana çıxdığı 45 rəsmi matçda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO