Tanınmış türkiyəli məşqçi Ərtuğrul Sağlam Azərbaycandan təklif aldığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, 55 yaşlı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında bunun ötən il baş verdiyini söyləyib.
Sağlam “Kocaelispor”da işlədiyi zaman Azərbaycandan, eləcə də, Türkiyədən təkliflər aldığını etiraf edib:
“Bu məsələni gündəmə gətirdinizsə, həqiqəti deyəcəyəm. Mənə Azərbaycandan və Superliqadan təklif gəlmişdi. Lakin bütün diqqətimi “Kocaelispor”a yönəltmişdim və müqaviləmə sadiq qalmaq istəyirdim. Buna görə də həmin təklifləri qəbul etmədim”.
Qeyd edək ki, ötən ilin dekabrında “Kocaelispor”dan ayrılan Ərtuğrul Sağlam hazırda işsizdir.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
13:52 / 08.05.2025
Türkiyə məşqçi Azərbaycandan gələn təklifi buna görə RƏDD ETDİ
Hazırda oxunan: Türkiyə məşqçi Azərbaycandan gələn təklifi buna görə RƏDD ETDİ
Hazırda oxunan: Türkiyə məşqçi Azərbaycandan gələn təklifi buna görə RƏDD ETDİ
248299
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.