Çempionlar Liqası: PSJ "Arsenal"ı məğlub edərək finala yüksəldi – VİDEO

Çempionlar Liqası: PSJ "Arsenal"ı məğlub edərək finala yüksəldi – VİDEO

Hazırda oxunan: Çempionlar Liqası: PSJ "Arsenal"ı məğlub edərək finala yüksəldi – VİDEO

248221

UEFA Çempionlar Liqasında son finalçı məlum olub.

Bizim.Media xəbər verir ki, Fransanın PSJ klubu doğma meydanda İngiltərə “Arsenal”ını qəbul edib. Görüş Paris təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 27-ci dəqiqədə meydan sahibləri açıblar. Fabian Ruis uzaq məsafədən baxımlı qola imza atıb. Matçda digər qollar ikinci hissədə vurulub. 69-cu dəqiqədə PSJ-nin yarımmüdafiəçisi Vitinya penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. Bununla belə, Fransa klubu cəmi 3 dəqiqə sonra hesab arasındakı fərqi 2 topa çatdırıb. Bu dəfə Əşrəf Hakimi adını tabloya yazdırıb. 

"Arsenal" 76-cı dəqiqədə Bukayo Sakanın vurduğu qolla buraxılan toplardan birinin əvəzini çıxsa da, bundan artığına gücü çatmayıb. Beləliklə, Londondakı ilk matçda da rəqibini məğlub edən (1:0) PSJ finalda İtaliya "İnter"inə rəqib olub.

Final görüşü mayın 31-də Almaniyanın Münhen şəhərində keçiriləcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO