«Araz-Naxçıvan» cari ilin əvvəlində sıralarına qatdığı Əyyub Allaşla yollarını ayıra bilər.
Bizim.Media xəbər verir ki, klub rəhbərliyi Belçika vətəndaşı olan yarımmüdafiəçinin çıxışından narazıdır və bu barədə məşqçi korpusuna xəbərdarlıq edilib.
Mərakeş əsilli orta sahə oyunçusunun komandaya xeyir verməməsi, 1 aydan çoxdur zədədən əziyyət çəkməsi onunla bağlı neqativ rəy formalaşdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvarından 2024-cü ilə qədər “Qəbələ”nin şərəfini qorumuş Allaş ötən ilin yayında Moldova “Şerif”i ilə 2 illik müqavilə bağlamışdı. Lakin orada özünü xoşbəxt hiss etmədiyindən, Azərbaycana qayıdaraq “Araz Naxçıvan”la müqavilə bağlayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
00:44 / 08.05.2025
Bu legioner “Araz Naxçıvan”dan GEDƏ BİLƏR
Hazırda oxunan: Bu legioner “Araz Naxçıvan”dan GEDƏ BİLƏR
Hazırda oxunan: Bu legioner “Araz Naxçıvan”dan GEDƏ BİLƏR
248212
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.