“Beşiktaş” ispan hücumçu ilə danışıqlara BAŞLADI

“Beşiktaş” ispan hücumçu ilə danışıqlara BAŞLADI

Hazırda oxunan: “Beşiktaş” ispan hücumçu ilə danışıqlara BAŞLADI

248196

"Beşiktaş" yayda hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, Türkiyə klubunun əsas hədəfi "Brügge"də çıxış edən Ferran Judjladır. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
 

"Beşiktaş"ın direktoru Eduard Qraf ispan futbolçunun meneceri ilə görüşüb. İstanbul təmsilçisi oyunçunun klubu ilə danışıqlara başlayacaq.


Qeyd edək ki, "Brügge" Ferran Judjlanı 2022-ci ilin yayında "Barselona"dan transfer edib.

Forvard bu mövsüm "göy-qaralar"ın heyətində meydana çıxdığı 52 rəsmi matçda 13 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi gələn ilin iyun ayında başa çatır.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO