Ərəb klubundan Fernandeşə 75 milyon avro maaş TƏKLİFİ

Ərəb klubundan Fernandeşə 75 milyon avro maaş TƏKLİFİ

Hazırda oxunan: Ərəb klubundan Fernandeşə 75 milyon avro maaş TƏKLİFİ

248145

"Liverpul"dan Məhəmməd Salahı heyətinə qata bilməyən "Əl-Hilal" başqa bir ulduz futbolçunu transfer etmək istəyir.

Bizim.Media xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu "Mançester Yunayted"in kapitanı Bruno Fernandeşi transfer etməyə çalışır.

"Ə-Hilal" portuqaliyalı yarımmüdafiəçisi üçün "Mançester Yunayted"ə yüksək məbləğdə təzminat ödəməyə hazırdır. Ərəblər 30 yaşlı futbolçunun özünə isə illik 75 milyon avro maaş təklif edəcək.

Qeyd edək ki,"Mançester Yunayted" Bruno Fernandeşi 2020-ci ilin yanvar ayında Lissabon "Spotinq"indən transfer edib. Portuqaliya millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 52 rəsmi matçda 19 qol və 18 məhsuldar ötürnə ilə yadda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO