Şahmatçımız komandalararası dünya çempionatında çıxış edəcək

Şahmatçımız komandalararası dünya çempionatında çıxış edəcək

Hazırda oxunan: Şahmatçımız komandalararası dünya çempionatında çıxış edəcək

248088

Bu il iyun ayında İngiltərənin paytaxtı London şəhərində rapid və blits üzrə komandalararası dünya çempionatı keçiriləcək.

Bizim.Media xəbər verir ki, yarışda Azərbaycan şahmatçısı Rauf Məmmədov da iştirak edəcək. 37 yaşlı qrosmeyster mundialda "Freedom" ("Azadlıq") komandasının heyətində mübarizə aparacaq.

On iti zəka sahibindən ibarət kollektivdə R.Məmmədovla yanaşı, Vişvanatan Anand (Hindistan), Le Kuanq Lyom (Çin), Emil Sutovski (İsrail) və Anna Muzıçuk (Ukrayna) kimi tanınmış adlar da yer alacaqlar.

Qeyd edək ki, dünya çempionatı iyunun 10-dan 16-dək təşkil olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO