Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova Braziliyanın “Osasko” klubundan ayrılıb.
Bizim.Media xəbər verir ki, təcrübəli oyunçu karyerasını Yunanıstanda davam etdirəcək.
Rəhimova “Panionis” klubu ilə anlaşıb.
Voleybolçumuz 2025/2026 mövsümündə Afina təmsilçisinin uğurları üçün çalışacaq.
Bu, Polinanın karyerasında 9-cu ölkə olacaq. Təmsilçimiz bunadək Azərbaycan və Braziliyadan başqa, Cənubi Koreya, Yaponiya, Türkiyə, İtaliya, İndoneziya və Vyetnam klublarında forma geyinib.
Qeyd edək ki, Rəhimova “Osasko” ilə bu mövsümü çempion kimi başa vurub.
Bizim.Media

- A-
- A
- A+
İdman
15:12 / 06.05.2025
Millimizin üzvü Yunanıstan KLUBUNDA
Hazırda oxunan: Millimizin üzvü Yunanıstan KLUBUNDA
Hazırda oxunan: Millimizin üzvü Yunanıstan KLUBUNDA
247923
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.