Rednikdən “Kəpəz”lə bağlı ETİRAF

Rednikdən “Kəpəz”lə bağlı ETİRAF

Hazırda oxunan: Rednikdən “Kəpəz”lə bağlı ETİRAF

247874

Rumıniya “UTA Arad” klubunun baş məşqçisi Mirça Rednik "Kəpəz"lə danışıqlar apardığını etiraf edib.

Bizim.Media “Prosport.ro” portalına istinadən xəbər verir ki, təcrübəli mütəxəssis Azərbaycana geri qayıda bilər:

"Maliyyə baxımından azərbaycanlılar məni razı saldılar. Amma biz hələ mövsümün sonunu gözləyirik. Mən UTA-da sanki könüllü işləyirəm".

Qeyd edək ki, Rumıniya klubunda maliyyə problemi olduğu üçün uzun müddətdir ki, maaşlar verilmir.

Xatırladaq ki, daha əvvəl “Kəpəz”in rumıniyalı mütəxəssislə ilkin razılığa gəldiyi və tərəflərin 3 illik müqavilə imzalaya biləcəyi barədə xəbərlər yayılmışdı.63 yaşlı mütəxəssis əvvəllər "Xəzər Lənkəran"ı da çalışdırıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO