Misli Premyer Liqasının XXXIII turunda “Neftçi” "Kəpəz"lə heç-heçə edib.
Bizim.Media xəbər verir ki, “Neftçi Arena”da baş tutan matç 2:2 hesabı ilə yekunlaşıb.
Meydan sahiblərinin heyətində Aleks Fernandes (24-cü dəqiqə), Emin Mahmudov (90+6-cı dəqiqə) fərqlənib. Gəncə təmsilçisinin qollarını isə Luis Paçu (50-ci dəqiqə) və Camal Cəfərov (62-ci dəqiqə) rəqib qapısından keçirib.
Bu matçdan sonra xallarının sayını 29-a çatdıran “Kəpəz” 9-cu yerdə qərarlaşıb. “Neftçi” isə 37 xalla 6-cıdır.
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Zirə" evdə "Turan Tovuz"a 1:0, “Qarabağ” isə “Sumqayıt”a 2:0 hesabı ilə qalib gəlib. “Araz-Naxçıvan” - “Sabah”, "Şamaxı" - "Səbail" qarşılaşmaları isə 1:1 hesabı ilə nəticələnib.
Bizim.Media

- A-
- A
- A+
İdman
22:09 / 04.05.2025
“Neftçi”-“Kəpəz” matçında qapılara 4 qol vuruldu - VİDEO
Hazırda oxunan: “Neftçi”-“Kəpəz” matçında qapılara 4 qol vuruldu - VİDEO
Hazırda oxunan: “Neftçi”-“Kəpəz” matçında qapılara 4 qol vuruldu - VİDEO
247623
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.