Azərbaycan milli komandasının üzvü Ozan Can Kökcü Finlandiyanın HİK klubundan ayrılıb.
Bizim.Media xəbər verir ki, 26 yaşlı vinger öz istəyi ilə Helsinki təmsilçisini tərk edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Ozan Can Kökcü mövsümün əvvəlində HİK-ə keçmişdi. Azərbaycanlı oyunçu bu müddətdə komandanın heyətində meydana çıxdığı 26 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
06:41 / 05.05.2025
Millimizin üzvü Finlandiya klubundan ayrıldı
Hazırda oxunan: Millimizin üzvü Finlandiya klubundan ayrıldı
Hazırda oxunan: Millimizin üzvü Finlandiya klubundan ayrıldı
247603
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.