"Real"ın baş məşqçisi Karlo Ançelotti Braziliya millisinə təyinatı ilə bağlı yayılan söz-söhbətlərdən danışıb.
Bizim.Media xəbər verir ki, mütxəssis hələlik gələcəyi barədə söz açmaq istəmədiyini deyib:
"Mən klubu, oyunçuları və azarkeşləri sevirəm, onlara hörmət edirəm. Gələcəyim barədə sizə daha əvvəl deyil, mayın 25-də danışacağam. İndi növbəti matçları düşünürük. Biz hələ də mübarizə apara biləcəyimizə inanırıq. La Liqada son saniyəyədək mübarizə aparacağıq.
Mən yaxşıyam. Başa düşürəm ki, mənim gələcəyim haqqında danışmaq istəyirsiniz, amma buna ehtiyacım yoxdur. Mən nə etməli olduğumu, nə edəcəyimi çox yaxşı bilirəm".
Qeyd edək ki, uzun müddətdir "Real"ın Ançelottini istefaya göndərəcəyinə dair məlumatlar yayılıb. Mütəxəssisin Braziliya millisinə rəhbərlik edəcəyi gözlənilir. Madrid təmsilçisi isə komandanı hazırda "Bayer"i çalışdıran Xabi Alonsoya tapşırmaq niyyətindədir.
Bizim.Media

- A-
- A
- A+
İdman
23:39 / 03.05.2025
Ançelottidən Braziliya millisi haqda AÇIQLAMA
Hazırda oxunan: Ançelottidən Braziliya millisi haqda AÇIQLAMA
Hazırda oxunan: Ançelottidən Braziliya millisi haqda AÇIQLAMA
247484
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.