Azərbaycan komandası Avropa Kubokunda növbəti medalını QAZANDI

Azərbaycan komandası Avropa Kubokunda növbəti medalını QAZANDI

Hazırda oxunan: Azərbaycan komandası Avropa Kubokunda növbəti medalını QAZANDI

247465

Bakıda bədii gimnastika üzrə Avropa kuboku davam edir.

Bizim.Media xəbər verir ki, qrup hərəkətləri komandamız turnirdə yığmamızın aktivinə ikinci medalı qazanıb.

Gümnastlarımız çarpaz qarşılaşmalar finalında 3-cü yeri tutublar. Nəzrin Abdullayeva, Ayan Nəsirova, Nəzrin Salmanlı, İlahə Bahadırova, Şəms Müvəffəqi və Nilufər Orucludan ibarət komandamız 3 top 2 halqa ilə proqram üzrə 22.250 xalla bürünc medalın sahibi olublar.

Qeyd edək ki, bundan Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasıAvropa kubokunun qalibi olub. Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan, Kamilla Əliyeva və Sofiya Məmmədovadan ibarət komanda üç top və iki halqa ilə hərəkətdə birinci yerə layiq görülüb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO