Türkiyə millisinin və “Fənərbağça”nın sabiq futbolçusu Alper Potuk cəzalandırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Şimali Makedoniya Futbol Federasiyası məlumat yayıb.
Sözügedən ölkənin "Qostivar" klubunda çıxış edən 34 yaşlı vinger 2 il müddətinə futboldan uzaqlaşdırılıb.
Belə ki, kapitan Alper Potuk "Qostivar"ın "Rabotniçki" ilə matçında hakim qərarlarına etiraz etmək məqsədi ilə komandaya oyun başa çatmazdan əvvəl meydandan çıxmaq, paltardəyişmə otağına getmək göstərişi verib. Federasiya isə 34 yaşlı futbolçunun bu hərəkətini ağır cəzalandırıb.
Həmin klubun türk prezidenti Enes Usta da eyni cəzanı alıb
"Qostivar”a isə texniki məğlubiyyət verilib və aktivindəki 9 xal silinib. Hazırda komanda 48 xalla 4-cüdür.
Bizim.Media

- A-
- A
- A+
İdman
16:37 / 03.05.2025
Türkiyə millisinin sabiq üzvü futboldan KƏNARLAŞDIRILDI
Hazırda oxunan: Türkiyə millisinin sabiq üzvü futboldan KƏNARLAŞDIRILDI
Hazırda oxunan: Türkiyə millisinin sabiq üzvü futboldan KƏNARLAŞDIRILDI
247427
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.