“Sabah” final seriyasına qələbə ilə başladı - FOTO

“Sabah” final seriyasına qələbə ilə başladı - FOTO

Hazırda oxunan: “Sabah” final seriyasına qələbə ilə başladı - FOTO

247339

Kişilər arasında Azərbaycan Basketbol Liqasında final seriyasına start verilib.

Bizim.Media xəbər verir ki, bu gün həlledici mərhələnin ilk oyunu baş tutub.

Son çempion “Sabah” “Neftçi”ni sınağa çəkib. Rimas Kurtinaytisin komandası fasiləyə bir xal öndə yollanıb. 3-cü dövrədə daha yaxşı oynayan "ağ-qaralar" 6 xallıq fərq əldə etsələr də, "Sabah" vəziyyəti öz xeyrinə dəyişə bilib.

Hassani Qravett 43 xalla 94:89 hesablı qələbədə böyük rol oynayıb. "Neftçi"nin heyətində isə ən məhsuldar basketbolçu 21 xalla Vante Rose olub.

Azərbaycan Basketbol Liqası

Final, 1-ci oyun
2 may
19:00. “Sabah” – “Neftçi” - 94:89 (19:15, 17:20, 20:27, 38:27)
Bakı İdman Sarayı


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO