PSJ-dən Dembele ilə bağlı AÇIQLAMA

PSJ-dən Dembele ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: PSJ-dən Dembele ilə bağlı AÇIQLAMA

247300

PSJ Çempionlar Liqasının yarınmfinalının "Arsenal"la ilk oyununda zədələnən futbolçusu Usman Dembele ilə bağlı açıqlama yayıb.

Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın liderinin sağ ayağında əzələ dartılması var.

Paris klubu fransalı vingerin getdikdə yaxşılaşdığını açıqlayıb. Onun nə vaxt sıraya dönəcəyi isə hələlik müəyyənləşməyib. Tezliklə bununla bağlı məlumat veriləcəyi bildirilib.

Qeyd edə ki, Dembele bu mövsüm bütün turnirlərdə 46 oyun keçirib, 34 qol vurub və 12 məhsuldar ötürmə edib.

Əlavə edək ki, PSJ ilə "Arsenal" arasında cavab matçı mayın 7-də Parisdə keçiriləcək.Londondakı ilk görüşdə (1:0) PSJ-nin yeganə qolunu Dembele vurmuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO