“Neftçi”nin üzvünə təcavüzkar davranışa görə 4 oyunluq CƏZA

“Neftçi”nin üzvünə təcavüzkar davranışa görə 4 oyunluq CƏZA

Hazırda oxunan: “Neftçi”nin üzvünə təcavüzkar davranışa görə 4 oyunluq CƏZA

247230

AFFA İntizam Komitəsi "Neftçi" İK-də çıxış edən Azərbaycan millisinin sabiq futzalçısı Namiq Məmmədkərimovu 4 oyunluq cəzalandırıb.

Bizim.Media milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna oyunçunun Yüksək Liqanın XVI turunda, "Şuşa" ilə matçda təcavüzkar davranış səbəbindən birbaşa qırmızı vərəqə alması səbəb olub.

"Ağ-qaralar"ın digər üzvü Emil Həsənzadə də eyni səbəbdən birbaşa qırmızı vərəqə alıb və 4 matç komandasına kömək edə bilməyəcək.
 

"Baku Fire"dən Elvin Quliyev "Araz-Naxçıvan"la qarşılaşmada söz və hərəkətlə etiraz səbəbindən ikinci sarı vərəqəni görüb və 1 oyunluq cəza alıb.


O, meydançadan qovulandan sonra oyunun bərpasına mane olduğuna və görüş bitdikdə hakimləri təhqir etdiyinə görə 4 matçlıq da cəza alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO