“Barselona”da CİDDİ İTKİ

“Barselona”da CİDDİ İTKİ

Hazırda oxunan: “Barselona”da CİDDİ İTKİ

247163

Çempionlar Liqası yarımfinal mərhələsinin "İnter"lə ilk oyununda zədələnən "Barselona"nın müdafiəçisi Jül Kundenin durumu bəlli olub.

Bizim.Media xəbər verir ki, franslı futbolçunun bud sümüyündə zədə aşkarlanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 

Kundenin müalicəsinə başlanılıb. 26 yaşlı sağ cinah müdafiəçisi təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.


Qeyd edək ki, Jül Kunde bu mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə meydana çıxdığı 52 rəsmi matçda 4 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO