“Fənərbağça” “Çelsi”nin üzvünü transfer etmək İSTƏYİR

“Fənərbağça” “Çelsi”nin üzvünü transfer etmək İSTƏYİR

Hazırda oxunan: “Fənərbağça” “Çelsi”nin üzvünü transfer etmək İSTƏYİR

247143

"Çelsi"nin yarımmüdafiəçisi Romeo Laviya Türkiyə Super Liqasında çıxış edə bilər.

Bizim.Media xəbər verir ki, "Fənərbağça" belçikalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
 

İstanbul klubu Laviyanı icarəyə götürməyi planlaşdırır. "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo 21 yaşlı orta xətt oyunçusunu komandasında görmək istəyir.


Qeyd edək ki, "Çelsi" Romeo Laviyanı 2023-cü ilin yayında "Sauthempton"dan transfer edib. Belçika millisinin üzvü olan gənc futbolçu bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO