"Bavariya" "Barselona"nın futbolçusunu NİŞAN ALDI

"Bavariya" "Barselona"nın futbolçusunu NİŞAN ALDI

Hazırda oxunan: "Bavariya" "Barselona"nın futbolçusunu NİŞAN ALDI

247114

"Bavariya"nın qarşıdan gələn yay transfer pəncərəsi üçün əsas planı müəyyənləşib.

Bizim.Media xəbər verir ki, bu barədə sport.es məlumat yayıb.
 

Münhen təmsilçisi "Barselona"nın mərkəz müdafiəçisi Ronald Arauxonu transfer etməyi hədəfləyib.


Klub rəhbərliyi yayda komandanın müdafiə xəttini xeyli dəyişməyə hazırlaşır. Onlar Arauxonun yenilənmiş komandaya uyğun olacağını düşünürlər.

Qeyd olunur ki, 26 yaşlı futbolçunun müqaviləsində 65 milyonluq təzminat bəndi var. Onun müqaviləsi 30 iyun 2031-ci ilə qədərdir.

Bu mövsüm Ronald "Barselona"nın heyətində 20 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO